Magistraturaya ixtisas seçimində iştirak edəcək bakalavrlar üçün proqramlar üzrə müsabiqə vəziyyəti açıqlanıb

Magistraturaya ixtisas seçimində iştirak edəcək bakalavrlar üçün proqramlar üzrə müsabiqə vəziyyəti açıqlanıb
# 29 may 2014 15:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimində iştirak edəcək bakalavrlar üçün proqramlar üzrə müsabiqə vəziyyətini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisas seçiminə bu gündən start verilib və bu proses iyunun 1-i saat 24:00-dək davam edəcək.


İxtisas seçimi 59 proqram üzrə aparılır. Proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlifdir. Müsabiqə vəziyyəti bir yerə 2-dən çox namizəd olan proqramlar. Onlardan “Kimya mühəndisliyi” ixtisasına aid olan 18 saylı proqram üzrə 45 plan yerinə 112 bakalavr müsabiqəyə buraxılıb, yəni hər plan yerinə 2,49 namizəd var. Belə proqramlara 17, 19, 22, 34, 49 və 59 saylı proqramları aid etmək olar, bu tip proqramlar üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə yüksək müsabiqə gözlənilir. Müsabiqə vəziyyəti bir yerə 1-dən çox namizəd olan proqramlar var. Onlardan Neft-qaz mühəndisliyi ixtisasına aid olan 2 saylı proqram üzrə 39 plan yerinə 67 bakalavr müsabiqəyə buraxılıb, yəni hər plan yerinə 1,72 namizəd var. Belə proqramlara 1, 7, 14, 15, 23, 25, 27, 32, 33, 35, 36, 37, 38, 40, 48, 50, 52, 54, 55 və 56 saylı proqramları aid etmək olar. Bu proqramlar üzrə ixtisas seçimində bakalavrlar həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə müsabiqədə iştirak etməyi, həmçinin regionlarda yerləşən ali təhsil müəssisələrinin magistraturalarını da nəzərdə tutmalıdırlar. Qalanlar isə müsabiqə vəziyyəti bir yerə bir və ya daha az namizəd olan proqramlardır ki, bu proqramlar üzrə ixtisas seçimində bakalavrlar həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə müsabiqədə iştirak etməyi nəzərdə tutmalıdırlar.


Qeyd olunub ki, 26 saylı proqram üzrə ikinci mərhələdə 1564 bakalavrın iştirak etməsinə baxmayaraq, onlardan yalnız 861 bakalavr 20 və daha çox bal yığıb, nəticədə müsabiqə vəziyyəti bir yerə 0,72 olub. Ən kütləvi proqram olan 56 saylı proqram üzrə ikinci mərhələdə 1983 bakalavr iştirak edib, onlardan 1718 bakalavr 20 və daha çox bal yığıb, nəticədə müsabiqə vəziyyəti bir yerə 1,47 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR