Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək
# 16 aprel 2014 09:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində başlanacaq.

Qəbulda İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlar iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR