Ağsu sahibkarlarına 560 min manat kredit verilib

Ağsu sahibkarlarına 560 min manat kredit verilib
# 24 aprel 2014 12:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ağsu rayonunun Çiyni kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 80-ə yaxın sahibkarın iştirak edib.

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1 361 sahibkara 60,5 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 200-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verib.

Fondun rəhbəri bildirib ki, ümumilikdə indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 175 investisiya layihəsinin maliyyələşdirilməsinə 42 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, üzümçülük, taxılçılıq və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 4 600-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 54 sahibkara 560 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, üzümçülük, arıçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 80-dən çox yeni iş yeri açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR