“Berkut” xüsusi təyinatlı polis dəstəsi yenidən «Maydan»a hücuma keçib - FOTOSESSİYA - YENİLƏNİB-3 - VİDEO

“Berkut” xüsusi təyinatlı polis dəstəsi yenidən «Maydan»a hücuma keçib  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB-3  - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 05:11 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, beləliklə, milis qüvvələri Müstəqillik Meydanının daha geniş ərazisini öz nəzarəti altına ala biliblər.

Belə ki, səhər saat 04.00 radələrində xüsusi təyinatlılar etirazçılara qarşı yenidən işıq-səs qumbaralarından istifadə edib. Aksiyanı yatırmaq üçün su şırnaqlarından da istifadə olunur.

“Azadlıq” partiyasının nümayəndəsi Aleksandr Aronetsin məlumatına görə, xüsusi təyinatlılar hətta “Qlobus”un damından da etirazçılara hücuma keçib.

Məlumata görə, Müstəqillik Stelasının yaxınlığında quraşdırılmış bir neçə çadıra od vurulub. Həmçinin Yeni İl yolkası ətrafında quraşdırılmış çadırlar da yanır. Konservatoriyanın binasında da yanğının başladığı bildirilir.

Etirazçılar, buna cavab olaraq, avtomobil şinlərini yandırır, milis əməkdaşlarına daş və “Molotov kokteyli” atırlar. Maydanda quraşdırılmış səhnədə “Azadlıq” hərəkatının lideri Oleq Tyaqnibok etirazçılara çağırışlar edir.

Qeyd edək ki, bu arada yol polisi paytaxtın mərkəzinə doğru hərəkət edən avtomobillər saxlanılaraq yoxlanılır. Məlumata görə, hətta “taksi”lər də ciddi yoxlanışa məruz qalır.

**** 03.28

Bakı-APA. Ukraynanın “Berkut” xüsusi təyinatlı polis dəstəsi yenidən Kiyevin mərkəzindəki Müstəqillik Meydanına hücuma keçib. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Müstəqillik Meydanında quraşdırılmış səhnədən insanları təşvişə düşməməyə, perimetr boyu müdafiəyə keçməyə, hadisələrin mərkəzində olan etirazçılara köməyə getməyə çağırırlar.

“RİA Novosti”nin məlumatına görə, etirazçılar xüsusi təyinatlıların barrikadaları keçməsinə imkan verməmək üçün, Maydanın perimetri boyu tonqallar qalayaraq, alovun səngiməsinə imkan vermirlər.

Məlumata görə, hazırda etirazçılar və xüsusi təyinatlılar arasında qızğın qarşıdurma müşahidə olunur.

“İnterfaks”ın verdiyi məlumata görə, xüsusi təyinatlılar etirazçılara qarşı güclü partladıcı vasitələrdən istifadə edir.

Buna baxmayaraq, etirazçılar iki “BTR” tipli zirehli maşını yandırmağa və bir su şırnağı qurğusunu sıradan çıxarmağa müvəffəq olublar.

Etirazçılar milis qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün çoxlu sayda “Molotov kokteyləri”ndən istifadə edirlər. Bir qədər əvvəl xüsusi təyinatlılar barrikadanı yarmaq üçün sıradan çıxmış su şırnağı qurğusunu taran kimi istifadə ediblər.

**** 23.48

Bakı-APA. Ukraynanın “Berkut” xüsusi təyinatlı polis dəstəsi Kiyevin mərkəzindəki Maydana hücuma keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Müstəqillik Meydanını əhatəyə almış milis dəstələri ön cərgədəki barrikadalara səs-işıq qumbaraları və tüstü şaşkaları atıb, buna cavab olaraq, etirazçılar yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atırlar. Barrikadaların dağıdılması üçün zirehli texnika və BTR tipli zirehli transportyorlar cəlb olunub. Milis etirazçılara qarşı həmçinin su şırnaqlarından da istifadə edir.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, etirazçıların sosial şəbəkələrdə qeydlərinə əsasən, “Kreşatik” bankının yaxınlığında iki BTR və pulemyot hazır vəziyyətə gətirilib. Bəzi məlumatlara görə, xüsusi təyinatlılar “Kalaşnikov” avtomatları ilə silahlanıb.

Maydanda güclü yanğın müşahidə olunur. Müxalifətçilərin bildirdiyinə görə, yanğın hətta BTR-lərdən birinə keçib.

Hazırda Maydanda 20 minədək insan var.

Xatırladaq ki, bir müddət əvvəl Kiyev milisinin rəhbərliyi etirazçılara 20.00-dək iğtişaşlara son qoymaq ultimatumu irəli sürüb. Əks təqdirdə sərt addımların atılacağı ilə bağlı xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR