Bakıda Küveyt dövlətinin Milli Günü ilə bağlı rəsmi qəbul təşkil olunub - FOTOSESSİYA

Bakıda Küveyt dövlətinin  Milli Günü ilə bağlı rəsmi qəbul təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2014 18:19 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, millət vəkilləri, ictimai-siyasi xadimləri iştirak edib. Tədbir iki ölkənin dövlət himnlərin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl Rumi qonaqları salamlayaraq, bildirib ki, iki dövlət arasındakı əlaqələrdə nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə olunur. Bu mənada o ikitərəfli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Səfir çıxışda Xocalı faciəsinə də toxunub. O bildirib ki, Küveyt insanlığa qarşı bu cinayətini pisləyir.

Daha sonra çıxış edən Azərbaycanın təhsil naziri Mikayil Cabbarov Azərbaycan hökuməti adından Küveyt səfirini bayram münasibətilə təbrik edib. O bildirib ki, iki ölkə arasında oxşarlıqlar mövcuddur. Nazir çıxışda həmçinin ölkəmizdə müxtəlif sahələrində həyata keçirilən dövlət proqramları barədə də qonaqlara məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR