Aybəniz Əliyeva-Kəngərli yenidən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiqlənib

Aybəniz Əliyeva-Kəngərli yenidən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiqlənib
# 28 fevral 2014 10:40 (UTC +04:00)

Bakı - APA. Filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiq olunub.

Kitabxananın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA Rəyasət Heyətinin qərarı ilə Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli daha 5 il müddətinə AMEA-nın Mərkəzi Elmi Kİtabxanasının direktoru vəzifəsinə təyin edilib.

Digər qərarla Firəngiz Hüseynova MEK-in elmi işlər üzrə direktor müavini, Qutiyera Cəfərova isə elmi katib vəzifəsinə 5 il müddətinə təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR