Ötən ay Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8% artıb

Ötən ay Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8% artıb
# 25 fevral 2014 12:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 7,8% artaraq 578,8 mln. manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 67,4%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 436,3 mln. manatlıq və ya 6,9% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 61,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 manat və ya 6,5% çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR