Şaxtalar Astarada arıçılığın inkişafında fəsadlara səbəb olub - FOTO

Şaxtalar Astarada arıçılığın inkişafında fəsadlara səbəb olub - <span style="color: red;">FOTO
# 03 mart 2014 19:55 (UTC +04:00)

Astaradan olan fermerlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, güclü şaxtalar rayonda yüzlərlə arı ailəsinin tələf olması ilə nəticələnib. Onların qənaətincə, məhsuldarlığın bu il təxminən 30-40 faiz aşağı düşməsi ehtimalı var.

Zəifləyən arı ailələri arasında həmçinin varroatoz, ishal, gənə kimi xəstəlik və həşarətlərin yayılma ehtimalı da artıb. Bunun qarşısını vaxtında almaqdan ötrü isə fermerlər profilaktik tədbirlərin aparılmasını zəruri sayırlar.Kənd təsərrüfatı mütəxəsissləri qarşıdakı aylarda havaların soyuq keçəcəyi təqdirdə qışdan çıxan arı ailələrinin tələf olması təhlükəsinin qaçılmaz olduğunu düşünürlər.

Lənkəran Dövlət Universitetinin baş müəllimi, biologiya elmləri namizədi Məmmədhüseyn Hüseynovun sözlərinə görə, soyuq hava arıların nəsil artımının ləngiməsinə səbəb ola bilər: “Havaların kəskin soyuması ilə arılar heç yerə uçmur, demək olar ki, pətəyi tərk etmirlər. Bu isə öz növbəsində pətəkdə onların yeni nəsil artırmaq üçün səliqə-sahman yaratmasında mane yaradır”.

Qeyd edək ki, cənub bölgəsində ən böyük arıçılıq təsərrüfatları Astara rayonundadır. Hazırda burada 143 təsərrüfatda 20 mindən çox arı ailəsi bəslənilir. Astaranın əksər dağlıq ərazilərində, xüsusən də Siyakü ərazi vahidliyinin tərkibinə daxil olan yaşayış məntəqələrində arıçılıq əhalinin əsas məşğuliyyətini və təsərrüfatın aparıcı sahələrindən birini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR