Kiyevdə yol patruluna silahlı hücum olub: 2 müfəttiş öldürülüb, biri yaralanıb

Kiyevdə yol patruluna silahlı hücum olub: 2 müfəttiş öldürülüb, biri yaralanıb
# 19 fevral 2014 02:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in məlumatında bildirilir.

“Hücum paytaxtın Svyatoşinski rayonunda törədilib. İlkin məlumata görə, Dövlət Yol Müfəttişliyinin naryadı xidməti avtomaşında qayda pozuntusuna yol vermiş avtomobili təqib edərkən, avtomobildə olan cinayətkarlar müfəttişləri atəşə tutublar”, deyə məlumatda bildirilir.

İnsident nəticəsində 2 müfəttiş hadisə yerində həlak olub, daha biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR