Pxenyan-Seul danışıqları başa çatıb

Pxenyan-Seul danışıqları başa çatıb
# 14 fevral 2014 07:37 (UTC +04:00)

Bakı – APA. Koreya Xalq Demokratik Respublikası ilə Koreya Respublikası arasında Pxanmunçom sərhəd məntəqəsində keçirilən danışıqlar başa çatıb.

APA-nın “Renhap” agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər danışıqların nəticələri ilə bağlı hər hansı açıqlama verməyib.

Danışıqlarda bölünmüş ailələrin fevralın 20-25-də planlaşdırılan görüşü, habelə Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimləri əsas müzakirə mövzuları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR