Səfir: “Serbiya və Azərbaycan münasibətlərini dinamik inkişaf etdirən strateji tərəfdaşlardır”

Səfir: “Serbiya və Azərbaycan münasibətlərini dinamik inkişaf etdirən strateji tərəfdaşlardır”
# 14 fevral 2014 09:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç deyib.

İkitərəfli hüquqi-normativ bazanın 26 sazişdən ibarət olduğunu deyən səfir qeyd edib ki, həmin sazişlər müxtəlif səviyyələrdə tərəfdaşlıq çərçivələrini müəyyən edir.

Serbiya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının əsas prioritetləri inşaat, təhsil, turizm və infrastruktur sahəsindəki layihərdir.

Səfirin sözlərinə görə, Azərbaycan və Serbiyanın diplomatik missiyaları fəaliyyətə başlayandan bəri iki ölkə arasında ticarət dövriyyəsinin həcmi xeyli artıb. Əgər 2010-cu ildə ticarət dövriyyəsi bir neçə milyon avro idisə, 2012-2013-cü illərdə müvafiq göstərici 40 milyon avroyadək artıb, layihə-tikinti sahəsi də daxil olmaqla 60 milyon avroya çatıb.

İkitərəfli strateji iqtisadi sazişlər və infrastruktur layihələri, müdafiə sənayesində birgə işlər daxil olmaqla, nüqavilələrin ümumi dəyəri 450 milyon avrodan çoxdur.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya hökumətlərarası komissiyası çərçivəsində görüşlərin keçirildiyini deyən səfir qeyd edib ki, komissiyanın növbəti iclası martın 3-4-də Belqradda keçiriləcək.

Z.Vayoviç bəyan edib ki, səhiyyə sahəsində də əməkdaşlıq genişlənməkdədir. Onun sözlərinə görə, iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində qarşılıqlı anlaşma haqqında memorandum layihəsi hazırlanıb. Həmçinin bu sahədə mütəxəssislərin mübadiləsi ilə bağlı danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR