Cəlilabadda əhalinin dispanserizasiyası keçiriləcək

Cəlilabadda əhalinin dispanserizasiyası keçiriləcək
# 14 fevral 2014 16:17 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Fevralın 17-dən başlayaraq mayın 17-dək Cəlilabad rayonunda əhalinin dispanserizasiyası keçiriləcək. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Əziz Əzizov respublikamızda insanların sağlamlığına yönəldilən dövlət siyasətindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, prezident İlham Əliyevin tapşırığı ilə qısa müddətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) yeni binası inşa olunaraq istifadəyə verilib. İcra başçısı Heydər Əliyev Fondunun rayonlarda reallaşdırdığı humanitar aksiyaları da yüksək dəyərləndirib.

Müşavirədə əhalinin dispanserizasiyası məqsədilə 5 şəhər, 3 kənd sahə xəstəxanasının, 26 həkim, 40 feldşer-mama məntəqəsinin tam hazır vəziyyətə gətirildiyi diqqətə çatdırılıb. Aksiya 220 həkim və 576 orta tibb personalından ibarət həkim briqadaları tərəfindən həyata keçiriləcək. Belə ki, terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət həkim briqadaları istisnasız olaraq rayonun 117 yaşayış məntəqəsində 200 mindən çox əhalini profilaktik - tibbi müayinəyə cəlb edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR