Qırğızıstanın Kant şəhərində Heydər Əliyev küçəsinin açılışı olub - FOTOSESSİYA

Qırğızıstanın Kant şəhərində Heydər Əliyev küçəsinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyun 2014 16:33 (UTC +04:00)

Bakı - APA. Qırğızıstanın Kant şəhərində Heydər Əliyev adına küçənin açılış mərasimi keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin Azərbaycan və Qırğızıstan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri və Qırğız Xalqı Assambleyasına daxil olan Qırğız Respublikasında yaşayan Azərbaycanlıların “Azəri” İctimai Birliyinin müraciəti nəzərə alınaraq 2014-cü il mayın 16-da Kant şəhərinin Keneşinin (Parlamentinin) 15-ci növbədənkənar sessiyasının qərarı ilə Kant şəhərinin Miçurin küçəsinin adı dəyişilərək Heydər Əliyev adı verilib.

Şəhərin mərkəzində olan Heydər Əliyev küçəsinin açılış lentini Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov və Kant şəhərinin meri Erkin Abdraxmanov kəsib. Sonra Azərbaycan və Qırğız Respublikasının himnləri səsləndirilib.

Sonra tədbirdə Kant şəhərinin meri Erkin Abdraxmanov, Qırğız Respublikası Jokorku Keneşinin (Parlamentinin) deputatları, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, ictimai xadim Aydar Kerimkulov və digər ziyalılar çıxış edərək, Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan və qırğız xalqlarının qardaşlığından söz açıblar.

Mərasimin davamı Kant şəhərinin mədəniyyət sarayında davam etdirilib. Toplantıda çıxış edən səfir Hidayət Orucov bildirib ki, bu gün həm də Milli Ordumuzun yaranmasından 96 il keçir. Səfir Qırğız Xalqı Assambleyasının 20 illiyi münasibətilə keçirilən futbol çempionatında qalib gələn “Azəri” komandasının oyunçularını təbrik edərək, onlara xüsusi idman dəstləri təqdim edib.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR