Viktor Yanukoviç Kiyevi tərk edib - VİDEO

Viktor Yanukoviç Kiyevi tərk edib - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 07:57 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 21-də yerli vaxtla saat 22.40-da paytaxt Kiyevi tərk edib. APA-nın xəbərinə görə, V. Yanukoviç özünün ən sadiq mühafizəçiləri, eləcə də parlamentin sədri Vladimir Rıbak və prezident administrasiyasının rəhbəri Andrey Klyuyev ilə birlikdə prezident təyyarəsində naməlum istiqamətə uçub.

Ukrayna informasiya agentlikləri əvvəlcə dövlət başçısının Xarkova uçduğu haqda məlumat yayıblar. Onun ölkənin cənub-şərq vilayətlərinin bütün səviyyələrdən olan deputatlarının fevralın 22-də Xarkovda keçiriləcək qurultayında iştirak edəcəyi bildirilib. ABŞ Dövlət Departamentindəki mənbə də V. Yanukoviçin Xarkova getdiyini söyləyib. Amerikalılara bu məlumatı xarici işlər naziri Leonid Kojara verib. Lakin Xarkov hava limanının rəsmi nümayəndəsi prezident təyyarəsinin bu şəhərə enmədiyini deyib.

“RBK Ukraina” agentliyi isə prezident təyyarəsinin fevralın 22-də saat 04.30-da Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra beynəlxalq hava limanına endiyi barədə xəbər yayıb. V. Yanukoviçin təyyarədə olub-olmadığı haqda hər hansı informasiya verilmir.

Qeyd edək ki, V. Yanukoviç Ali Radanın fevralın 21-də qəbul etdiyi çox vacib qanunları hələlik imzalamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR