«Unibank» 8 Mart bayramı münasibəti ilə xüsusi kampaniya keçirir

«Unibank» 8 Mart bayramı münasibəti ilə xüsusi kampaniya keçirir
# 04 mart 2014 09:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Unibank» ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə xüsusi «Albalı» kampaniyasına başlayır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 3 gün davam edəcək kampaniya həm xanımlar, həm də xanımları təbrik etmək istəyən kişilər üçün nəzərdə tutulub.

Bu həftəsonu «Albalı şoppinq festivalı»na qatılan müştərilər «Unibank»ın bayram kampaniyasından faydalana bilərlər.

Martın 7-9-da «Albalı» («Albalı Plus» və «28 Mall Albalı») kartı ilə 3 taksit və daha yuxarı alış-verişlərə, əlavə «Unibank»dan 6 taksit hədiyyə alacaq. Məsələn, kampaniya günlərində 6 aylıq ödəniş müddətinə alınan məhsul və xidmətlərin dəyərini 12 aya ödəyə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR