Finlandiya AVRO-2020-yə ev sahibliyi iddiasından imtina edib

Finlandiya AVRO-2020-yə ev sahibliyi iddiasından imtina edib
# 05 mart 2014 13:40 (UTC +04:00)

Bakı-APA. AVRO-2020-nin final mərhələsinin oyunlarını keçirmək iddiasında olan Finlandiya istəyindən əl çəkib. Apasport.az saytının məlumatına görə, buna paytaxt Helsinkidəki Olimpiya stadionunun UEFA tələblərinə cavab verməməsi səbəb olub. Bununla da Bakının da iddia etdiyi final mərhələsinin oyunlarına 38 namizəd qalıb: İrəvan (Ermənistan), Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya), Praqa (Çexiya), Kopenhagen (Danimarka), London (İngiltərə), Lion (Fransa), Skopye (Makedoniya), Münhen (Almaniya), Afina (Yunanıstan), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma, Milan (hər ikisi İtaliya), Astana (Qazaxısta), Amsterdam (Hollandiya), Varşava, Xojuv (hər ikisi Polşa), Lissabon, Porto (hər ikisi Portuqaliya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Belqrad (Serbiya), Madrid, Barselona, Bilbao, Valensiya (hamısı İspaniya), Solna (İsveç), Bazel (İsveçrə), İstanbul (Türkiyə), Kiyev, Donetsk (hər ikisi Ukrayna), Kardiff (Uels).

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin oyunlarının keçiriləcəyi 13 ölkəni təmsil edən şəhərlərin adı bu il sentyabrın 25-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR