Azərbaycanda yeni jurnal işıq üzü görüb - FOTO

Azərbaycanda yeni jurnal işıq üzü görüb - <span style="color: red;">FOTO
# 20 fevral 2014 08:47 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda yeni jurnal işıq üzü görüb.

APA-nın məlumatına görə, ayda 1 dəfə çap olunacaq 68 səhifəlik jurnal “İşgüzar dairə” adlanır.

Jurnalın baş redaktoru Kəmalə Cahidqızı bildirib ki, oxucular “İşgüzar dairə”nin informasiya bolluğu, sosial həyatın, demək olar ki, bütün sahələrəni əhatə etməsi, mövzu rəngarəngliyi baxımından fərqli jurnal olduğunu görəcəklər: “Jurnal həm də bir çoxlarının “artıq çap mediasına ehtiyac qalmayıb”, “elektron KİV-in inkişafı çap mediasının yayım dairəsini məhdudlaşdırıb”, “Azərbaycanda internet-media az qala dəbə çevrilib” kimi düşündüyü bir dövrdə dövriyyəyə çıxır. İşimiz çətin olacaq. Görək stereotipləri dağıda bilirikmi?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR