Azərbaycanda tikinti materialları sənayesi bu il 8% artıb

Azərbaycanda tikinti materialları sənayesi bu il 8% artıb
# 21 fevral 2014 08:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda tikinti materialları sənayesi müəssisələri 23,2 mln. manatlıq məhsul istehsal edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsal edilmiş məhsulların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,8% artıb.

Məlumata görə, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 660,9 mln. manat vəsait yönəldilib, onun 57,3%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

«Əvvəlki ilin yanvar ayı ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 6,3%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 18,9% artıb. Məhsul istehsalı obyektlərinin inşasına 388,6 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 272,3 mln. manat vəsait yönəldilib. Ümumi sərmayənin 66,4%-i dövlət, 33,6%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb», - deyə Komitənin məlumatında bildirilir.

Qeyd edək ki, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,7% artaraq, ümumi sərmayənin 67,3%-ni təşkil edib. Onun 83,3%-i dövlət, 16,7%-i isə qeyri-dövlət bölməsinin payına düşüb.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 249,0 mln. manat, bank kreditləri 70,0 mln. manat, büdcə vəsaitləri 303,9 mln. manat, büdcədənkənar fondların vəsaitləri 12,7 mln. manat, əhalinin şəxsi vəsaitləri 23,3 mln. manat, sair vəsaitlər 2,0 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR