Gürcüstanın kənd təsərrüfatı naziri Marneuliyə səfər edib - FOTO

Gürcüstanın kənd təsərrüfatı naziri Marneuliyə səfər edib - <span style="color: red;">FOTO
# 17 fevral 2014 12:05 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiya, kənd təsərrüfatı layihələrini idarə edən agentliyin direktoru Giorgi Çxeidze və digər rəsmi şəxslər azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı Dəmyə-Gorarxı kəndinə səfər ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın rəsmi şəxsləri azərbaycanlı fermerlərin təsərrüfatlarının vəziyyəti və fermerlərin, eyni zamanda kənd əhalisinin problemləri ilə birbaşa əkin sahələrində maraqlanıblar. Fermerlər qarşısında çıxış edən Şalva Pipiya hökumətin fermerlər üçün yardım planı hazırladığını və tezliklə bu yardımın həyata keçiriləcəyini bildirib. Sakinlər nazirə içməli su və suvarma suyunun, eyni zamanda gübrənin çatışmadığını söyləyiblər. Sakinləri dinləyən Ş. Pipiya tezliklə bir çox layihələrin həyata keçiriləcəyini və sakinləri narahat edən problemlərin həll olunacağını deyib.

Şalva Pipiya APA-ya açıqlamasında hazırda Dəmyə-Görarxı və Axlı-Lələ kəndlərində 300 hektar torpaq sahəsində əkinə başlandığını vurğulayıb: “Yavaş-yavaş problemləri həll edəcəyik. Layihələrimiz çoxdur. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün aşağı faizlə uzunmüddətli və qısamüddətli kreditlər də veririk. Artıq 10 min fermer kreditlə təmin olunub. Ölkə üzrə suvarma şəbəkələrində reabilitasiya işləri aparılır. Bunun üçün 70 milyon lariyədək vəsait ayrılıb”.

Görüşdə iştirak edən Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili APA-ya açıqlamasında əhalinin problemlərini dinlədiklərini bildirib: “Problemlər yalnız bu kənddə deyil, gürcü və erməni kəndlərində də problemlər var. Mən iki aydır bu vəzifəyə təyin olunmuşam, lakin hələ bir çox yerlərdə olmamışam. Bu gün mən bu kənddə yaşayan əhalinin içməli su və suvarma suyu sarıdan əziyyət çəkdikləri barədə məlumat aldım. Bu məsələləri həll etmək üçün layihələrimiz var və düşünürəm ki, ilin axırına kimi biz bu problemləri həll edəcəyik. Bunun üçün maliyyə vəsaiti ayrılıb. Tezliklə bu kənddə içməli su xətti və anbarın tikintisinə başlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR