TQDK ümumtəhsil müəssisələrinə müraciət edib

TQDK ümumtəhsil müəssisələrinə müraciət edib
# 26 fevral 2014 09:06 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi prosesi davam edir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumtəhsil müəssisələrinin 2013-2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir. Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR