Azərbaycan Müdafiə Nazirliyində yüksək səviyyəli qonaqların qarşılanması qaydasına dəyişiklik edilib

Azərbaycan Müdafiə Nazirliyində yüksək səviyyəli qonaqların qarşılanması qaydasına dəyişiklik edilib
# 11 mart 2014 08:24 (UTC +04:00)

APA-nın məlumatına görə, yeni qaydaya əsasən, Azərbaycan Müdafiə Nazirliyinə gələn xarici ölkələrin müdafiə nazirləri, Baş Qərargah rəisləri və yüksək vəzifəli ordu rəsmiləri qarşılanma mərasimindən sonra nazirliyin foyesində «Şərəf Kitabı»nı imzalayacaq.

Ötən gün Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hulusi Akarın Azərbaycana səfəri zamanı bu prosedurdan istifadə olunub.

Türkiyə Silahlı Qüvvələrində yer alan bu qayda indiyədək Azərbaycanda yalnız DİN Daxili Qoşunlarında tətbiq edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR