«Fitch Ratings» agentliyi: Azərbaycan bank sektorunda pərakəndə kreditləşmənin genişlənməsi əhalinin borc yükünü kəskin artırır

«Fitch Ratings» agentliyi: Azərbaycan bank sektorunda pərakəndə kreditləşmənin genişlənməsi əhalinin borc yükünü kəskin artırır
# 07 mart 2014 13:24 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin hesabatında deyilir.

Eyni zamanda hesabatda vurğulanır ki, bəzi struktur məsələləri aktivlərin keyfiyyətinə, mənfəətə və kapitallaşmaya mənfi təsir göstərir. Hazırda Azərbaycan bankları daha çox pərakəndə kreditləşməyə üstünlük verir ki, bu da korporativ kreditləşmədə olan itkiləri kompensasiya edir və kapitalın rentabelliyini artırır. Ümumilikdə, pərakəndə kreditləşmənin artım tempi (2013-cü ildə - 44%), əhalinin gəlirlərinin artım tempini (8%) dəfələrlə üstələyir ki, bu da əhalinin borc yükünü kəskin artırır. Lakin eyni zamanda, istehlak kreditləşməsinin keyfiyyətini Agentlik məqbul hesab edir. Əksinə, korporativ kreditləşmənin artım tempini (15%), həmçinin onun keyfiyyətini zəif kimi qiymətləndirilir. Bunun səbəbləri kimi isə ölkədə işgüzar mühitdəki çatışmazlıqlar, bəzi bankların infrastruktur və tikinti sektorları ilə bağlı olan riskləri qeyd edilir.

Müsbət amillər kimi «Fitch Ratings» vaxtı keçmiş kreditlərlə bağlı vəziyyətin və kapitallaşma göstəricilərinin yaxşılaşmasını vurğulayır. Fondlaşmaya gəlincə, Agentlik burada vəziyyətin sabit olduğunu bəyan edir və depozit bazasının artmasını qeyd edir. Bundan əlavə, xarici fondlaşmanın də bank öhdəliklərinə 19%, ölkənin valyuta ehtiyatlarına isə 12% səviyyəsində qiymətləndirilərək normal hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR