Anjey Kaspşik: “Əsir düşmüş hərbçilərin və mülki şəxslərin qaytarılması üçün bütün tərəflərlə sıx əməkdaşlıq edirəm”

Anjey Kaspşik: “Əsir düşmüş hərbçilərin və mülki şəxslərin qaytarılması üçün bütün tərəflərlə sıx əməkdaşlıq edirəm”
# 18 fevral 2014 09:14 (UTC +04:00)

Mən hərbi əsirlərin və ölən şəxslərin cəsədlərinin, həmçinin əsir düşmüş mülki şəxslərin qaytarılmasına kömək etməklə bu işə cəlb olunmuş bütün tərəflərlə sıx əməkdaşlıq edirəm.

APA-nın məlumatına görə, bunu “Novosti Armenii” agentliyinə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

ATƏT missiyası tərəfindən təmas xəttində keçirilən monitorinqlərin effektivliyinə dair sualı cavablandıran A.Kaspşik qeyd edib ki, bu monitorinqlər tərəflərin atəşkəs rejiminə necə əməl etdiklərini yoxlaya biləcək mexanizmi əvəz edə bilməz. Bununla belə A.Kaspşik bildirib ki, yerlərdəki zabitlər və digər şəxslər ATƏT missiyalarının münaqişə tərəflərinə qarşılıqlı narahatlıq doğuran məsələləri həll etmək və ehtiyac yarandığı halda vəziyyətin gərginləşmə riskini azaltmağa imkan verdiyini söyləyirlər. Eyni zamanda A.Kaspşik qeyd edib ki, onun qrupu təmas xəttində yaşanan insidentlərin araşdırılması üçün lazımi mandata və resurslara malik deyil.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttindən snayperlərin uzaqlaşdırılmasının vacibliyini də önə çəkib. “Snayperləri uzaqlaşdırmaqla, tərəflər qarşılıqlı etimad mühitinin formalaşmasına kömək edərdilər, bununla da faydalı danışıqlar üçün daha münbit atmosferi yaradardılar”, - deyə o bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR