Bakı sakini çay evində hesabı ödəmədiyi üçün döyülüb

Bakı sakini çay evində hesabı ödəmədiyi üçün döyülüb
# 12 mart 2014 06:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 29 yaşlı vətəndaş çay evində döyülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xaqani küçəsində yerləşən çay evində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Bəhruz Həsən oğlu Həmzəyev internetdə tanış olduğu qız və onun 3 rəfiqəsi ilə çay evinə gedib və spirtli içki sifariş edib. B. Həmzəyev hesabı ödəməkdən imtina etdikdən sonra naməlum şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər döyülmə faktı Rəsul Rza küçəsi 1 ünvanında baş verib. Ceyhun adlı şəxs tanışı, 1977-ci il təvəllüdlü Könül Hümbətovanı döyüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR