Sergey Lavrov Madriddə Ketrin Eştonla görüşüb

Sergey Lavrov Madriddə Ketrin Eştonla görüşüb
# 05 mart 2014 08:31 (UTC +04:00)

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Ukraynadakı hadisələri müzakirə edib.

S.Lavrov K.Eştonun diqqətini Rusiya prezidentinin martın 4-də keçirdiyi brifinqdə səsləndirdiyi bəyanatlara yönəldib. O qeyd edib ki, Ukraynadakı vəziyyətin normallaşması 21 fevral razılaşmasına əsaslanmalıdır. Buraya ölkənin bütün bölgələrinin maraqlarını nəzərə alan konstitusiya islahatlarının həyata keçirilməsi, milli birlik hökumətinin formalaşdırılması, qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi və onların küçələrdən uzaqlaşdırılması kimi məsələlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR