Bakıda Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib, onlara aylıq müavinətlər kəsilib - FOTO

Bakıda Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib, onlara aylıq müavinətlər kəsilib - <span style="color: red;">FOTO
# 26 fevral 2014 18:37 (UTC +04:00)

Rayon İcra Hakimiyyətindən APA – ya verilən məlumata görə, konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, deputat Madər Musayev, “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Azərbaycan üzrə milli koordinatoru Sevinc İsgəndərova, kampaniyanın hüquq məsləhətçisi Vüsal Qurbanov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP fəalları və gənclər iştirak ediblər.

Davos formatında keçirilən tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov insanlıq əleyhinə yönəlmiş cinayət olan Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyduğunu bildirib. V.İsmayılov bu soyqırım aktına ilk dəfə olaraq məhz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini və qanlı olayın bu nöqteyi-nəzərdən təhlil olunduğunu diqqətə çatdırıb.

“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Azərbaycan üzrə milli koordinatoru S.İsgəndərova Xocalı Soyqırımının dünyada siyasi tanınmasının əhəmiyyəti, Kampaniyanın bu istiqamətdə gördüyü işlər və nəticələr barədə konfrans iştirakçılarına məlumat verib. Tədbirin sonunda “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının başladığı “Sosial həmrəylik” layihəsi çərçivəsində Xocalının işğalı zamanı hər iki valideynini itirmiş iki nəfər Xocalı sakininə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər ay maddi yardım olunacağı elan edilib.

Eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan sakinlərlə görüş keçirilib. Görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının adından başsağlığı verilib. Xocalı soyqırımı zamanı həm fiziki, həm də mənəvi terrora məruz qalmış insanlarla görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd ediblər.

Xocalılar onlara göstərinən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan 140 şəhid və aztəminatlı ailəyə maddi və humanitar yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR