Azərbaycanın hakim partiyası Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib - VİDEO

Azərbaycanın hakim partiyası Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 10:49 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan parlamentinin bu gün keçirilən iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Onun sözlərinə görə, Xocalıda baş verən hadisələrin iki əsas motivi var: “Bu da ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərini işğal etməklə əlaqədardır. Lakin gələcəkdə azərbaycanlılar hələ öz sözünü deyəcək. Bunun əvəzi gec-tez ödəniləcək”.

S.Novruzov qeyd edib ki, ermənilər öz saxta soyqırımlarını dünyada tanıtmaq üçün yüz ildir öz lobbiləri ilə işlər görürlər: “Ancaq Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 10 il ərzində kifayət qədər işlər görüb və bundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək”.

Deputat əlavə edib ki, bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir: “Ancaq nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də tədbir keçirməyib. Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq, hamı zərbəni bir yerə vurmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR