Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək
# 11 mart 2014 11:58 (UTC +04:00)

Bakı - APA. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov martın 13-də saat 12:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Evində vətəndaşları qəbul edəcək.

Komitədən APA-ya verilən məlumata görə, qəbulda Xaçmaz rayonu ilə yanaşı, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri də iştirak edə bilərlər.

Qəbula yazılmaq üçün Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR