Moldovada “Penitensiar sistemlərdə pis rəftarla bağlı şikayətlər mexanizminin səmərəliliyinin təmin edilməsi” adlı regional konfrans keçirilib

Moldovada “Penitensiar sistemlərdə pis rəftarla bağlı şikayətlər mexanizminin səmərəliliyinin təmin edilməsi” adlı regional konfrans keçirilib
# 03 mart 2014 10:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Moldovanın paytaxtı Kişinyov şəhərində “Penitensiar sistemlərdə pis rəftarla bağlı şikayətlər mexanizminin səmərəliliyinin təmin edilməsi” adlı regional konfrans keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə,
tədbirdə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan daxili işlər və ədliyyə nazirliklərinin, qeyri-hökumət təşkilatlarının, Ombudsman aparatlarının nümayəndələri, Avropa Şurasının məsləhətçiləri, ekspertləri və hakimləri iştirak ediblər. Azərbaycanı Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin inspektoru Cavidan Nəzərov təmsil edib.


Konfransda Avropa Şurasının üzv ölkələrinin penitensiar müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması və pis rəftar, işgəncə və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə görülmüş işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.


Azərbaycanın penitensiar müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması və pis rəftar, işgəncə və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülmüş işlər tədbir iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR