Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub
# 10 mart 2014 13:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində 43 yaşlı qadını maşın vurub.
Gəncə şəhər Nizami rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib. Gəncə şəhər sakini İlqar Bədəlov idarə etdiyi «Mercedes» markalı avtomobillə yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Sadəgül Süleymanovanı vurub. Qadın aldığı bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR