Təhsil Nazirliyi ali məktəblərdə tələbələrin topladığı bala əsasən əldə edə biləcəyi nəticəni açıqlayıb

Təhsil Nazirliyi ali məktəblərdə tələbələrin topladığı bala əsasən əldə edə biləcəyi nəticəni açıqlayıb
# 28 fevral 2014 12:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ali məktəblərdə tələbələrin topladığı bala əsasən əldə edə biləcəkləri nəticə Təhsil Nazirliyi tərəfindən açıqlanıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, digərləri isə “yaxşı” olduğu halda onlara fərqlənmə diplomu verilir.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun olaraq konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi qiymətləndirilir. Belə ki, 51 baldan aşağı - "qeyri-kafi" – F, 51-60 bal - "qənaətbəxş" – E, 61-70 - "kafi" – D, 71-80 - "yaxşı" – C, 81-90 - "çox yaxşı" – B, 91-100 - "əla" – A qiymət alır. Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.

Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə”yə müvafiq olaraq tələbə fənn üzrə imtahan zamanı 17-dən daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla ümumilikdə 51-dən çox bal topladığı halda müvəffəq qiymət almış hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR