Dövlət Komitəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

 Dövlət Komitəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 07 mart 2014 13:28 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova tədbirdə iştirak edən xanımları və ümumiyyətlə, ölkənin bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ilə təbrik edib.

Komitə sədri, həmçinin prezident İlham Əliyevin qadınlara ünvanladığı təbrik məktubunu qonaqların diqqətinə çatdırıb.

Daha sonra prezidentin imzaladığı sərəncama əsasən ölkənin ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən xanımlar təltif olunub.

Bugünkü tədbirdə sağlamlıq imkanları məhdud olan qadınların əl işlərindən ibarət sərgi də təşkil edilib.

Komitə sədri qeyd edib ki, həmin qadınlar, öz yorulmaz əməkləri, zəhmətləri ilə sübut edirlər ki, hətta sağlamlıq imkanları məhdud olmalarına baxmayaraq cəmiyyətdə öz yerini tuta bilirlər: "Bizim isə vəzifəmiz onları dəstəkləmək, cəmiyyətin bərabərhüquqlu üzvü olmalarına kömək edək".

Qeyd edək ki, tədbirdə respublikanın tanınmış xanımları, dövlət nümayəndələri, akkreditasiya olunmuş ölkələrin səfirlərinin xanımları və xanım səfirlər iştirak ediblər.

Tədbirdə mükafatlandırma da olub. Mükafatlandırılanlar arasında “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı da var. V. Mahirqızı AQUPDK tərəfindən “Səmərəli fəaliyyətinə görə” diplomu ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR