Daha bir general Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılıb - EKSKLÜZİV

Daha bir general Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılıb - <span style="color: red;">EKSKLÜZİV
# 12 mart 2014 09:25 (UTC +04:00)

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Xatırladaq ki, bu günlərdə müdafiə nazirin əmri ilə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev daxil olmaqla, 7 general - Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR