Bakı-Ceyhan kəməri ilə neftin nəqli fevralda 5% azalıb

Bakı-Ceyhan kəməri ilə neftin nəqli fevralda 5% azalıb
# 12 mart 2014 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 214 335 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il mart ayının 1-ə qədər BTC-yə 239 934 285 ton neft vurulub. Bundan başqa, bu ilin fevral ayında BTC kəməri ilə 200 250 ton Türkmənistan nefti, 251 087 ton isə Qazaxıstan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR