Azərbaycanda 650 mindən artıq yeni iş yeri sığortaolunanlar üzrə fərdi uçot sistemi qaydasında qeydiyyata alınıb

Azərbaycanda 650 mindən artıq yeni iş yeri sığortaolunanlar üzrə fərdi uçot sistemi qaydasında qeydiyyata alınıb
# 05 mart 2014 13:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İş yerlərinin qanuniləşdirilməsi ilə bağlı ötən dövrdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vergilər Nazirliyi və Əmək Müfəttişliyi ilə tədbirlər həyata keçirib. Bu tədbirlər sırf inzibati xarakter daşıyıb. Bunun nəticəsində 650 mindən artıq yeni iş yeri Dövlət Sosial Müdafiə Fondu (DSMF) sistemində sığortaolunanlar üzrə fərdi uçot sistemi qaydasında qeydiyyata alınıb.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında DSMF sədri Elman Mehdiyev Xəzər Avropa Klubunda (CEİBC) təşkil edilmiş tədbir çərçivəsində bildirib.


Onun sözlərinə görə, DSMF hər bir işləyən şəxsə sosial sığorta nömrəsi verilməklə onların sosial sığortaya cəlb olunmasına nail olub: "Qeyd etdiyim kimi, bu, ancaq inzibati tədbirlər olub. Hər bir vətəndaş gələcək sosial müdafiəsində aktiv iştirak etməklə, gələcəkdə alacağı sosial ödənişlərin bu gün ödənilən sosial sığorta haqlarına bağlı olduğunu aydın müşahidə etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR