«Kapital Bank» «MilliÖN» ödəniş sisteminə qoşulub

«Kapital Bank» «MilliÖN» ödəniş sisteminə qoşulub
# 04 mart 2014 11:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Kapital Bank» ASC «MilliÖN» ödəniş sisteminə qoşulub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın müştəriləri aylıq kredit borclarını indi «MilliÖN» köşkləri vasitəsilə də ödəyə bilərlər.

Bunun üçün «MilliÖN» köşkündəki «Bank xidmətləri» bölməsində «Kapital Bank»ın adını seçmək lazımdır. Müştəri kodunu müvafiq xanalarda göstərir, zəruri məbləği daxil edib, çek alır. Ödəniş real vaxt rejimində yerinə yetirilir və buna görə müştəridən komissiya haqqı tutulmur.

Xatırladaq ki, «Kapital Bank»a kredit borcu ödənişlərini www.kapitalbank.az internet saytı vasitəsilə də onlayn rejimində həyata keçirmək mümkündür.

Ümumiyyətlə, bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR