Zaqatala və Bərdə rayonlarında yanğın hadisələri baş verib

Zaqatala və Bərdə rayonlarında yanğın hadisələri baş verib
# 05 mart 2014 20:34 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonunun rayon mərkəzindən 36 km aralı yerləşən Danaçı kəndində meşə zolağının ətrafında 8 hektar sahədə kol-kos və meşə zolağının ərazisində 5 ədəd palıd ağacı yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Bərdə rayonu, Gərənə kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR