Heydər Əliyev Mərkəzində “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi keçiriləcək - FOTO

Heydər Əliyev Mərkəzində “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi keçiriləcək - <span style="color: red;">FOTO
# 11 mart 2014 14:06 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, Novruz ərəfəsindəki son çərşənbə bayramı günündə - martın 18-də Heydər Əliyev Mərkəzinin parkında “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsi təşkil olunacaq.

Həmin gün Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənəcək.

Yeni layihə - “Səməni” Beynəlxalq Müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 32 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir. Martın 18-də keçiriləcək müsabiqə zamanı bu 32 əsər arasından ilk 3 yerin sahibləri səsvermə yolu ilə müəyyən olunacaq. Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında “Küknar” Beynəlxalq Sərgi-Müsabiqəsi keçirib, 18 yerli və xarici rəssam və heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim edib, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılıb.

Unikal görkəmli küknarlar 2 ay Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR