Salyanda oğurluq hadisəsi baş verib - VİDEO

Salyanda oğurluq hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 11 aprel 2014 23:01 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan polisindən verilən məlumata görə, polis evdən 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan dilənçi qadınları yaxalayıb.

Oğurluq hadisəsi Salyan rayonunun Boranıkənd kəndində baş verib. Həmin kəndin sakini Elçin Əliyev rayon polis şöbəsinə gələrək evindən naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyalarının oğurlanması barədə şikayət ərizəsi verib.

Polis şöbəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Bakıda yaşayan Yevlax rayon sakinləri, 33 yaşlı Almara Yusif qızı Nadirova və 60 yaşlı Zuhrə Bəkir qızı Mahmudova dilənçilik etmək məqsədilə Salyanın Boranıkənd kəndinə gəliblər. Həmin vaxt Elçin Əliyevin evinə gələn dilənçi qadınlar kimsənin olmadığını görüb evdən 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq aradan çıxıblar. Dilənçi qadınlar Salyan polis şöbəsinə gətirilib və törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR