Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri vəzifəsindən uzaqlaşdırılan direktoru geri qaytarmaq üçün kampaniya aparırlar

Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri vəzifəsindən uzaqlaşdırılan direktoru geri qaytarmaq üçün kampaniya aparırlar
# 20 fevral 2014 17:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Artıq bir neçə gündür ki, Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri vəzifəsindən uzaqlaşdırılan direktoru geri qaytarmaq üçün kampaniya aparırlar. Onlar “Facebook”da “Şaban Şəfiyevi geri qaytaraq” adlı səhifə də yaradıblar.

Lənkəran Dövlət Humanitar Kollecinin tələbə-müəllim heyəti adından APA-ya daxil olan müraciətdə də bildirilib ki, tələbələr direktordan razılıq edirlər, oxuduqları təhsil müəssisəsini onsuz təsəvvür edə bilmədiklərini vurğulayırlar.

Tələbələr Şaban Şəfiyevin işinin başına qayıtması üçün etiraz aksiyalarını sakit şəraitdə, internet vasitəsi ilə həyata keçirməyi üstün tutublar. Onlar bildirirlər ki, Şaban Şəfiyev kollecdə tələbə-müəllim münasibətlərinin tənzimlənməsində, uzaq rayonlardan gəlib burada təhsil alan tələbələrin maddi və mənəvi problemlərinin qayğısına qalmaqda, onların istək və arzularının nəzərə alınmasında əvəzedilməz pedaqoqdur. “İndi kollec rəhbərinin aramızda olmaması bizdə ruh düşkünlüyü yaradıb”, - deyə tələbələr qeyd edirlər.

Təhsil Nazirliyi bu məsələyə münasibət bildirmək istəməyib.

Məlumat üçün bildirək ki, LDHK-nın direktoru tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə görə 14 fevral 2014-cü ildə tutduğu vəzifədən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR