“Xocalı-1992” kitabı 4 dildə çap edilib

“Xocalı-1992” kitabı 4 dildə çap edilib
# 20 fevral 2014 16:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxıb.


APA-nın məlumatına görə, Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb.

Qeyd edək ki, kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilib. Kitabın elmi məsləhətçi və ön sözün müəllifi AVCİYA-nın prezidenti Elxan Süleymanovdur.

Kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR