Argentinada avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

Argentinada avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb
# 17 fevral 2014 20:37 (UTC +04:00)

Bakı-APA. Argentinada avtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qəza Buenos Ayres əyalətində güclü yağış zamanı baş verib. İlkin məlumata görə, minik avtomobili əks hərəkət zolağına çıxaraq avtobusla toqquşub. Ölənlər arasında 4 nəfərin uşaq olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR