Dövlət Agentliyi ilə Dillər Universiteti arasında Niyyət Protokolu imzalanıb - FOTO - VİDEO

Dövlət Agentliyi ilə Dillər Universiteti arasında Niyyət Protokolu imzalanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 fevral 2014 14:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti arasında Niyyət Protokolu imzalanıb.

APA-nın xəbərinə görə, Niyyət protokolunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov imzalayıb.


Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, sənədin imzalanmasında məqsəd gənc tələbələrin də vasitəsilə dövlət orqanlarının fəaliyyəti, xidmətlərin vətəndaşlara göstərilməsini daha da təkmilləşdirməkdir. Onun sözlərinə görə, protokolun imzalanmasında məqsəd Azərbaycan Dillər Universitetində yeni informasiya texnologiyalarının, proqram təminatının və innovativ həllərin tətbiqinin həyata keçirilməsi, universitet tələbələrinin agentlikdə təcrübə keçməsi, digər fəaliyyətlərinin və agentlik əməkdaşlarının əlavə təhsilidir: “Həmçinin, müasir və ya innovativ texnologiyaların araşdırılması, sınaqdan keçirilməsi və tətbiqi ilə bağlı pilot layihələrin reallaşdırılmasıdır. İndiyə kimi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsil müəssisələri arasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə belə bir əməkdaşlığa başlayıb. Təhsil müəssisələri ilə niyyət protokolunun ikincisi Azərbaycan Dillər Universiteti bağlanır. Hər bir işdə də ən mühüm vəzifə vətəndaşlara bütün “ASAN xidmət” mərkəzlərində məmnunluğuna daha yüksək səviyyədə nail olmaqdır”.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov bildirib ki, bu sənədin imzalanması tələbələrin iştirakı ilə müasir cəmiyyətin formalaşması, informasiya kommunikasiya texnologiyalarından bütün sahələrdə istifadə imkanlarının əldə edilməsi və bu xidmətlərdən vətəndaşların istifadəsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ADU-nun tələblərinin həm “ASAN Xidmət” çərçivəsində təcrübə keçməsi, dilləri mənimsəmiş tələbələrin müasir işlərdə fəaliyyət göstərməsi, universitetin özünün işinin təkmilləşdirilməsi istiqamətində agentlik böyük rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR