Nyu-Yorkda Xocalı soyqırımını tanıtım aksiyası davam edir - FOTO - VİDEO

Nyu-Yorkda Xocalı soyqırımını tanıtım aksiyası davam edir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 fevral 2014 07:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası Nyu-Yorkda davam edir.

AAA-dan APA-ya verilən məlumata görə, Nyu-Yorkun metro stansiyalarına Xocalı soyqırımından bəhs edən posterlər yerləşdirilib. Stansiyalarının sayına görə dünyanın ən iri metropoliteni olan Nyu York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edən insanları Xocalı qətliamından xəbərdar edir.

Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarətdir. Axşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq, bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldir.

Aksiyanın gedişatı ilə http://azerbaijanamericaalliance.org/ saytında, https://www.facebook.com/pages/Azerbaijan-America-Alliance/296931403654112 səhifəsindən tanış olmaq olar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR