Biləsuvarda baş verən yol qəzasında 2 nəfər ölüb

Biləsuvarda baş verən yol qəzasında 2 nəfər ölüb
# 10 mart 2014 10:13 (UTC +04:00)

Biləsuvar rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Qubadov idarə etdiyi 44-BP-651 dövlət nömrə nişanlı, “VAZ 21-07” markalı avtomobillə yolu keçən piyada Anar Ərəstun oğlu Hüseynovu vurub və daha sonra maşını ağaca çırpıb.

Hadisə nəticəsində sürücü və piyada hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Müşfiq Mirsəlim oğlu Qılıncov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR