AMEA-nın Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyası keçiriləcək

AMEA-nın Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyası keçiriləcək
# 05 mart 2014 09:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub.

Şurada AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb. Elmi işçilərin attestasiyası aprelin 4-dən 25-dək olan müddət ərzində həyata keçiriləcək. Elmi əməkdaşların attestasiyası zamanı onların 2009-2013-cü illərdəki elmi fəaliyyətlərinin nəticələri əsas götürüləcək.

Sonda institutun direktoru attestasiya ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR