Xaçmazda minik maşını dərəyə aşıb, xəsarət alan var

Xaçmazda minik maşını dərəyə aşıb, xəsarət alan var
# 19 fevral 2014 07:56 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Sudur kənd sakini 1986-cı il təvəllüdlü Çingiz Süleymanovun idarə etdiyi 10 RE 724 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşın yoldan çıxaraq yolun kənarındakı dərəyə düşüb. Qəza nəticəsində maşında olan 3 nəfərdən biri - 1987-ci il təvəllüdlü, Quba rayonunun Cimi kənd sakini Aqşin İsrafilov müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR