Viktor Yanukoviç: “Bu ssenari Ukraynada yazılmayıb”

Viktor Yanukoviç: “Bu ssenari Ukraynada yazılmayıb”
# 28 fevral 2014 15:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Rostov-na-Donu şəhərində keçirilən brifinqdə Viktor Yanukoviç deyib.

V.Yanukoviç qeyd edib ki, hazırda Ukraynada silahlı şəxslərin iştirakı ilə teatr tamaşası davam edir.

“Mən və mənim komandamdan çox Ukraynada sabitliyin olmasında maraqlı adamlar yoxdur və olmayıb. Lakin görünür ki, bu ssenari Ukraynada yazılmayıb”.

Avropa Birliyi ilə assosiativ sazişə gəldikdə isə V.Yanukoviç sənədin Ukrayna parlamentində müzakirəyə çıxarılmadığını bildirib.

“Bu sənədin nəticələri nəzərdən keçiriləndə, onun qəbulu prosesinin dayandırılması haqda qərar verildi. Bu sazişdən biz çox şey itirirdik. Rusiya ilə ticarət dövriyyəmiz 60 mlrd. dollar təşkil edirdi və bu, azalırdı. Ukraynada istehsal olunan məhsullar rəqabətə dözümlü deyildi. Ona görə də mən məqbul anlaşmalar əldə olunanadək Avropa Birliyi ilə assosiativ sazişin imzalanması ilə bağlı prosesin dayandırılması üçün parlamentə müraciət etdim. Lakin konkret təkliflər olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR