Xaçmazda sahibkarlar üçün treninq keçirilib

Xaçmazda sahibkarlar üçün treninq keçirilib
# 28 fevral 2014 15:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Səmərəli idarəetmənin təşkili” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə iştirakçılara biznes-planın mahiyyəti və tərtib edilməsi metodikası, istehsalat planı, maliyyə planı və s. barədə ətraflı məlumatlar verilmiş, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “Səmərəli idarəetmənin təşkili” mövzusunda təqdimatlar keçirilib.

Bununla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR