Aleksandr Turçinov Krımda ələ keçirilmiş hökumət binalarının azad edilməsinə dair göstəriş verib

Aleksandr Turçinov Krımda ələ keçirilmiş hökumət binalarının azad edilməsinə dair göstəriş verib
# 27 fevral 2014 10:04 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov hüquq-mühafizə orqanlarına Krımda Nazirlər Şura və parlament binalarının azad edilməsinə dair göstəriş verib.

APA-nın xəbərinə görə, bu barədə yerli mətbuatın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, sözügedən binaların üzərində Rusiya dövlət bayrağı dalğalanır. Həmin binaları zəbt etmiş şəxslər hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaqdan imtina edib.

A.Turçinov həmçinin Rusiyadan baza sazişlərinə əməl etməyi tələb edib.

“Rusiyanın Qara dəniz donanmasının rəhbərlərindən tələb edirəm ki, hərbçilər müvafiq sazişlərdə nəzərdə tutulan ərazidən kənara çıxmasınlar. İstənilən hərəkət, xüsusən də silahla, biz tərəfdən hərbi təcavüz kimi qiymətləndiriləcək. Ukrayna dövlət öz ərazi bütövlüyünü və suverenliyini qorumaq iqtidarındadır”, - deyə o, Ali Radanın iclasında vurğulayıb.

Həmçinin məlum olub ki, Ukrayna Baş Prokuroluğu Krımda hökumət binalarının ələ keçirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin terror aktı maddəsi ilə cinayət işi açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR